Şənbə , Sentyabr 26 2026
azfa

Germidə İran rejimi yas sahibi müəllimin mollanın yasda seçkidən danışmasına etiraz etdiyi üçün həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Germi şəhərində rejim yas sahibini yas yerində İranda keçiriləcək seçkilər barədə danışan və əhalinin seçkilərdə iştiraka dəvət edən mollaya etiraz etdiyi üçün həbs edib.

Artıq yas sahibi İsa Xəbiri rejimin qanunsuz etirazı üçün həbsə alınıb.

O iyun ayının 6-da Güney Azərbaycanın Germi şəhərində yas mərasimini aparan mollanın şikayəti əsasında həbs olunub.

Qeyd edək ki, yas yerində İranda keçiriləcək seçkilər barədə danışan və əhalinin seçkilərdə iştiraka çağıran mollaya İsa Xəbiri etiraz edib və onu mövzudan qırağa çıxmamağa çağırıb.

Qısa müddət sonra təqaüddə olan müəllim İsa Xəbiri mollanın şikayəti əsasında polis məmurları tərəfindən yaxalanaraq Germi şəhərinin zindanına aparılıb.

Rejim yas sahibini şərləyərək onu “Mollanı təhqir” iddiası əsasında həbs edib.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …