Şənbə , Sentyabr 26 2026
azfa

İrqçi paniranistlər Rəştdə azərbaycanlılara məxsus məscidin adına da dözümsüzlük göstərirlər -Video

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi paniranistlər Rəşt şəhərində Ərdəbilian məsçidinin adını dəyişdiriblər.

Mənzil Fondu və Mədəni İrs Təşkilatı tərəfindən təmir olunan məscidin adını dəyişib Ağa Seyid İbrahim adı qoymaqla Ərdəbilian adını Rəştdən silməyə çalışıblar. Onlar yalnız Ərdəbilian adını kiçik hərflərlərlə dırnaqda yazıblar.

Qeyd edək ki, bundan öncə 2019-cu ildə də Rəşt bələdiyyəsi və Şəhər Şurasının üzvləri bu şəhərdə yerləşən “Şirinsu” bulağının adını dəyişdirərək, türk adını silmək məqsədilə bulağı “Ramazan əməliyyatının gilanlı şəhidləri xatirəsi” adlandırmışdılar.

Lakin Azərbaycan türklərinin etirazı nəticəsində bulağın tarixi adını qaytarmağa məcbur oldular.

Son zamanlar isə irqçi paniranistlər Astara və Ərdəbil şəhərləri arasında ixtilaf yaratmağa çalışdılar. Lakin Azərbaycan türk millətinin ayıqlığı nəticəsində bu fitnəkarlıq zərərsizləşdirildi.

https://www.youtube.com/watch?v=8vpdBSx_SoE&feature=emb_logo

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …