Cümə , İyul 10 2026
azfa

İran rejimi azərbaycanlı siyasi məhbusları Evin zindanının ETTELAAT bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranın Evin zindanının 4-cü və 8-ci bölmələrində həbsdə saxladığı 3 azərbaycanlı siyasi məhbusu zindanın ETTELAAT bölməsinə köçürüb.

Rejim iyunun 16-da Siyamək Mirzayi, Tohid Əmirəmini və Kiyanuş Aslanini bir neçə gün öncə Ərdəbil zindanında aclıq aksiyası keçirən azərbaycanlı siyasi Məhbus Abbas Lisaniyə dəstək verdikləri üçün bir neçə saat sorğu-suala çəkib.

Qeyd edək ki, Abbas Lisani, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq iyun ayının 12-dən aclıq aksiyasına başlamışdı.

İyunun 12-dən aclıq aksiyasına başlayan Abbas Lisani və Yusif Kariyə daha sonra dəstək və həmrəylik məqsədilə daha üç azərbaycanlı siyası məhbus Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi də qoşulub. Bu gün isə Evin zindanında həbsdə olan daha üç azərbaycanlı siyasi məhbus da qoşulub.

İyunun 14-də isə Tehranın Evin həbsxanasında saxlanılan daha 3 Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi, Behnam Şeyxi və Kiyanuş Aslani aclıq aksiyasına başladıqlarını bildirmişdilər.

Həmçinin yoxlayın

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Türkiyənin S-400-ləri başqa ölkəyə verəcəyi gündəmə gəlib

GADTB: “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi qeyd edib ki, məndə olan məlumata görə, S-400-lər …