Cümə axşamı , May 9 2024
azfa

İran Zəngəzur dəhlizinə mane olmaq üçün Ermənistanla sərhəd terminalları infrastrukturunu genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi planına mane olmaq üçün Ermənistanla sərhəd terminalları infrastrukturunu genişləndirir.

Bununla bağlı İran parlamentinin Nəqliyyat Komitəsinin sədri İranla Ermənistan arasında sərhəd terminallarının infrastrukturunun yaxşılaşdırılmasına dair razılığın əldə olunmasına toxunaraq, iki ölkə arasındakı əlaqələrin genişlənməkdə olduğuna təkid edib.

İran məclisinin Nəqliyyat Komitəsinin sədri, Xoy və Çaypara şəhərlərindən olan deputat Adil Nəcəfzadə erməni nümayəndə heyəti ilə birgə biznes forumun keçirilməsinə toxunaraq deyib: “Görüşdə İranla Ermənistan arasında əlaqələrin yüksək səviyyəyə çatdırılmasına dair qərar qəbul edilməklə yanaşı, sərhəd terminallarının infrastrukturunun yenilənməsi ilə bağlı da razılıq əldə edilib”.

O İranla Ermənistan arasında regional əlaqələrin inkişaf etməkə olduğuna təkid edib.

Qeyd edək ki, İran rejimi II Qarabağ müharibəsində Ermənistanı hər tərəfli dəstəklədiyi kimi, indi də Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi planına mane olmaq üçün əlindən gələni edir. O bu istiqamətdə Ermənistanla sərhəd terminalları infrastrukturunu genişləndirir.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …