Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejimin Azərbaycanın tarixi şəxsiyyətləri ilə düşmənçili davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycan və onun tarixi şəxsiyyətləri ilə düşmənçili davam edir.

İran rejiminin göstərişi ilə Təbrizdə İctimai İaşə Obyektlərinə Nəzarət Departamenti şəhərin Abbasi məhəlləsində yerləşən çay evində Məşrutə inqilabı qəhrəmanları Səttar xan və Bağır xanın divara rəsm edilmiş rəsmlərini silməyi tələb ediblər.

Rejimin məmurları çay evinin sahibini hədələyiblər ki, kafenin divarından  Səttar xan və Bağır xanın rəsmlərini silməsə, onun kafesini plomblayıb, bağlayacaqlar.

Çay evinin sahibi isə işini itirməmək üçün məcburiyyət qarşısında divara çəkilmiş Səttar xan və Bağır xanın rəsmlərinin üstünü ağ boya ilə örtüb.

Qeyd edək ki, irqçi fars rejim bundan öncə iyun ayının sonlarında Bağır xanın adını daşıyan Tehran metrosunun stansiyasının adını dəyişdirib “sağlıq müdafiəçiləri” adlandırmışlar. Bu isə haqlı olaraq azərbaycanlıların etirazına səbəb olmuşdu.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …