Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəallar Əşkan Səadətmehr və Əkbər Quluzadəni yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda keçirilən etirazlardan öncə azərbaycanlı milli-mədəni fəallar Əşkan Səadətmehr və Əkbər Quluzadə irqçi və müstəmləkəçi İran rejiminin məmuları tərəfindən döyülərək müvəqqəti həbs edilmişlər.

Fəallar Urmiyada Doqquz pillə ETTELAAT İdarəsinə aparılıb və sorğu-suala tutulandan sonra gecə yarısı sərbəst buraxılıblar.

Qeyd edək ki, Güney Azərbaycanda etirazlarla bağlı çox sayda azərbaycanlı fəal rejimin məmurları tərəfindən həbs edilmişdir. Onlardan yalnız Davud Rəhimi, Ulduz Qasimi, Şahin Bərzgər, Əmir Səttari, Vəhid Əbhəri, Müctəba Əbdüli, Məhəmməd Mahmudi və s. müəyyənləşdirmək mümkün olub.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …