Cümə , Sentyabr 25 2026
azfa

Rejimin məmurları Təbrizdə azərbaycanlı milli fəal Davud Rəhimini həbs etdiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və müstəmləkəçi İran rejimi Təbriz etirazlarında azərbaycanlı milli fəal Davud Rəhimini həbs edib.

Azərbaycanlı fəal dünən axşam saatlarında Təbriz şəhərində keçirilən etiraz aksiyalarında yaxalanıb.

Hələlik Davud Rəhiminin hara aparıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, Güney Azərbaycanda etirazlarla bağlı çox sayda azərbaycanlı fəal rejimin məmurları tərəfindən həbs edilmişdir. Onlardan yalnız Davud Rəhimi, Ulduz Qasimi, Şahin Bərzgər, Əmir Səttari, Vəhid Əbhəri, Müctəba Əbdüli, Məhəmməd Mahmudi və s. müəyyənləşdirmək mümkün olub.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …