Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı milli fəal Məhəmməd Mahmudini vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və müstəmləkəçi İran rejiminin Təbriz etirazlarında həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Mahmudini vəsiqə qarşılığında zaminə buraxıldı.

Azərbaycanlı fəal 30 milyoin tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, Məhəmməd Mahmudi 2019-cü il noyabr etirazlarında da yaxalanaraq, həbs cəzasına məhkum edilmişdi.

Bir neçə gün öncədən İran rejiminin məmurları azərbaycanlı fəalları müxtəlif şəhərlərdə həbs edirlər. Təbrizdə keçirilən etirazlarda isə çox sayda azərbaycanlı milli-mədəni fəalın həbs edildiyi bildirilir.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …