İrqçi və irticaçı fars rejimin məclisi Şimali Koreya yoluna keçməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamenti bir müddət öncədən hazırlanan və əslində İran adlanan ərazinin dünya ilə internet əlaqəsinin tamamilə kəsilməsini nəzərdə tutan layihəni qəbul edib.

İran adlanan ərazidə internetdən istifadəyə və sosial mediaya məhdudiyyətin artırılması və “milli internetin” yaradılmasını nəzərdə tutan layihənin təsdiq edilməsinə doğru daha bir addım atıldı.

Çox sayda nümayəndənin müxalifəti və tənqidlərinə baxmayaraq, İran parlamentinin üzvləri, qapalı iclasda, səs çoxluğu ilə vətəndaşların mediaya və sosial şəbəkələrə girişini tamamilə məhdudlaşdıran qanun layihəsinin ortaq bir xüsusi komissiya tərəfindən baxılmasına qərar verbilər.

Buna uyğun olaraq, layihə, xüsusi komissiya tərəfindən araşdırıldıqdan sonra, parlamentin açıq iclasına göndərilmədən, “Nəzarətçilər Şurası”na göndəriləcək və təsdiqlənərsə, sınaq əsasında həyata keçiriləcəkdir.

Bununlada həmin layihənin icrası ilə İran adlanan ərazi artıq Şimali Koreyaya çevriləcək.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …