Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi həbs etdiyi azərbaycanlı fəal Pərviz Siyabi Gürcanı Ərdəbil zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim etirazlar zamanı yaxaladığı azərbaycanlı milli-mədəni fəal və hüquqşünas Pərviz Siyabi Gürcünı Ərdəbil şəhərindəki zindanına köçürüb.

Bu barədə zindanda həbsdə saxlanılan başqa məhbuslar yaxınları ilə telefon əlaqəsi zamanı məlumat veriblər. Onların verdiyi məlumata görə, Pərviz Siyabi avqustun 5-də zindanın karantin bölməsinə köçürülüb.

Azərbaycanlı fəalın nədə ittiham olduğu barədə dəqiq məlumat verilməyib. Siyabinin 24 iyul etirazları zamanı sosial şəbəkələrdə paylaşımları ilə bağlı yaxalandığı ehtimal edilir.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə keçirilən möhtəşəm etiraz aksiyasında onlarla azərbaycanlı fəal yaxalanmışdı.

Pərviz Siyabi həmçinin bundan öncə 2020-ci il oktyabrın 18-də II Qarabağ müharibəsi dövrendə Azərbaycan əsgərinə Güney Azərbaycanda Ərdəbiln Ciral parkında keçirilən dəstək aksiyası zamanı yaxalanmışdı.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …