Cümə axşamı , Aprel 30 2026
azfa

Ermənistan televiziyasının İran yük maşınlarının Xankəndiyə yük daşıması barədə raporu- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan 5-ci kanalı İranın yük maşınlarının Qarabağa yük daşıması barədə reportaj yayıb.

Erməni müxbir İran sürücülərinin dilindən elan edir ki, Azərbaycan əsgərləri Ermənistandan Qarabağa gedən onların maşınlarına daş atır və onlar bundan yayınmaq, görünməmək üçün gecə saatlarında hərəkət etməyə məcbur olurlar.

Qeyd edək ki, İran rejimi müharibə dövründə olduğu kimi indi də qanunsuz şəkildə Azərbaycanın ermənilərin əlində olan Qarabağ bölgəsində erməni separatçılarına yardım və silah-sursat daşıyır. İran rejimi bu yardımları dansa da lakin bu barədə yüzlərlə danılmaz fakt var.

Azərbaycan rəsmi Tehrana bununla bağlı nota verməyə məcbur olub. Bir neçə gün bundan öncə İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …