Şənbə , Oktyabr 3 2026
azfa

İran rejiminə bağlı terror qrupları yanacaq qaçaqmalçılığı ilə məşğuldurlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”-a istinadən yaydığı məlumata görə, İrana bağlı teror qrupları İraq sınırından onlarla yanacaq tankerini qaçaq yolla Suriyaya keçiriblər.

Suriya İnsan Haqları Mərkəzinə yaxın mənbələr deyib ki, molla rejimə bağlı “Əbulfəz Abbas” terror qrupunun birbaşa dəstəyi ilə onlarla yanacaq tankeri İraq sərhəd keçidindən Suriyaya girib.

Tankerlər Suriyanın Əl-Məyadin şəhərinə doğru hərəkət edir və daha sonra yük İŞİD-in Əl-Məyadin səhra ərazisinə nəzarəti zamanı qurduğu böyük çənlərə boşaldılacaq.

Yanacaq tankerləri Suriyaya girdiyi bir vaxtda, Suriya Demokratik Qüvvələrinin nəzarət etdiyi ərazilərdən yanacaq qaçaqçılığı əməliyyatları dayandırılıb.

İrana bağlı qüvvələr və Deyr əz-Zor bölgəsində Bəşər Əsəd hökuməti və müttəfiqlərinin nəzarət etdiyi əksər ərazilər ciddi yanacaq çatışmazlığı ilə üzləşib.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikası rejimi süqut edəcək və İrandakı insanlar azad olacaqlar

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

ABŞ-ın yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Kemp-Deviddə İranla bağlı məxfi görüş keçiriblər

GADTB: Axios üç ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək …