Qanunsuz şəkildə Azərbaycana daxil olub erməni işğalçısına yardım edən İran Xəzərdə Azərbaycan-Tükiyə təlimini qanunsuz adlandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olub Xankəndidə erməni işğalçılarına yardım edən İran Xəzərin Azərbaycan sektorunda Azərbaycan-Tükiyə təlimini qanunsuz adlandırır.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlərlə keçirdiyi mətbuat konfransında sərsəm açıqlamalarla çıxış edib.

Xətibzadə Azərbaycanın Türkiyə ilə birgə Xəzər dənizinin Azərbaycan sektorunda keçirdiyi hərbi dəniz təlimlərinə toxunaraq Türkiyənin Xəzərdə mövcudluğunu “qanunsuz” adlandırıb.

“Xəzər dənizi hövzəsində yerləşən 5 dövlətin əldə etdiyi razılaşmalar həmin beş ölkədən kənar dövlətlərin bu dənizdə hərbi mövcudluğununun qanunsuzluğunu vurğulayır. Bu məsələ İran Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır”, – deyə Xətibzadə iddia edib.

Bu mövqe dünyada terror dəstəkləyən, qanunsuz şəkildə Azərbaycanın ərazisinə daxil olub Xankəndidə erməni işğalçılarına yardəm edən İran kimi dağıdıcı və qanundan anlayışı olan İran rəsmilərinin mövqeyidir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …