Bazar , Sentyabr 27 2026
azfa

İran kiber casusluqla dünyanın aerokosmik və telekommunikasiya şirkətlərinin məlumatlarını oğurlayıb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a  istinadən yaydığı məlumata görə, “İran hökuməti bağlı kiber cinayətkarlar son illər ərzində aerokosmik və telekommunikasiya şirkətlərinə qarşı həyata keçirdikləri kiber hücumlarla Amerika, Avropa, Rusiya, Yaxın Şərq ölkələri və İsraildən həssas məlumatları oğurlayıblar.”

Bu haqda İsrailin kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən “Cybereason” adlı şirkəti məlumat yayıb.

Bildirilir ki, əvvəllər məlum olmayan, dövlət tərəfindən dəstəklənən “MalKamak” adlı kiber cinayətkar qrup əvvəllər rast gəlinməyən virus proqramları ilə bu fəaliyyətləri həyata keçirib.

“Cybereason” şirkətinin kiber təhdidlərin analizi qrupunun rəhbəri Assaf Dahan bildirib ki, “bir dövlət tərəfindən dəstəklənən” bu kiber cinayətkarların ən azı 2018-ci ildən fəaliyyət göstərdikləri və dəqiqliklə seçilmiş hədəflərdən “böyük miqdarda məlumatları ələ keçirdikləri” təxmin edilir.

Qeyd edək ki, İran hökumətinin dəstəklədiyi kiber cinayətkarlar ara-sıra müxtəlif ölkələrin sivil və nizami qurumlarına hücum etməklə onların həm fəaliyyətinə zərbə vurmağa, həm də məlumatlarını oğurlamağa cəhd göstərirlər.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …