Bazar ertəsi , İyun 22 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Vəhid Əbhərini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Vəhid Əbhərini məhkəməyə çağırıb.

Azərbaycanlı fəal bu barədə rejimin məhkəməsindən elektron sistemi vasitəsilə bildiriş alıb.

Azərbaycanlı fəal Vəhid Əbhəridən tələb edilib ki, oktyabrın 30-da Təbrizdə yerləşən Cinayət Məhkəməsinin 111-ci şöbəsində olsun

Qeyd edək ki, azərbaycanlı fəal Vəhid Əbhəri 2017-ci ildən bu günə kimi müxtəlif milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə irqçi fars rejim tərəfindən yaxalanaraq, təzyiqlərə məruz qalıb.

Azərbaycanlı fəal 24 iyulda Təbrizdə keçirilən etirazlarla bağlı yaxalanıb.

Həmçinin yoxlayın

Sato: ABŞ–İran razılaşmasında xalq və insan hüquqları məsələsi diqqətdən kənarda qalmamalıdır

GADTB: BMT-nin xüsusi məruzəçisi Mai Sato sosial şəbəkədə fars dilində paylaşdığı açıqlamada bildirib ki, ABŞ …

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsinin əsas məqamları

GADTB: Qətər və Pakistanın İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi ilə bağlı …