Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi türkcə “Bənsu” adına görə azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanda azərbaycanlı körpəyə türkcə “Bənsu” adına görə şəxsiyyət vəsiqəsi vermir.

Körpənin atası Meysəm Nicati sosial mediada etdiyi paylaşımda qızına türk adı seçdikləri üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini yazıb.

O, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinin qızı “Bənsu”nun adının öz ana dilində olduğuna görə, ona iki ildir şəxsiyyət vermədiyini qeyd edib.

Meysəm Nicati özünün “Twitter” hesabında türk və fars dillərində yazıb:“Qızım Bənsunun iki yaşı var. Lakin bu günə qədər ona ana dilində ad seçdiyim üçün şəxsiyyət vəsiqəsi ala bilməmişəm”.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …