İrqçi fars rejim azərbaycanlı milli fəal Nadir Sadiqianı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbrizdə azərbaycanlı milli-mədəni fəal Nadir Sadiqianı oktyabrın 23-də 4 ay həbs cəzasına məhkum edib. Rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi Rəhim Həmlbər bu barədə qərar çıxarıb.

Bununla yanaşı İslam Cinayət Məcəlləsinin 46 və 47-ci maddələrinin əlavə qeydinə əsasən, Sadiqianın həbs müddətinin yüz gününün icrası 4 il müddətinə təxirə salınıb.

Məhkəmə qərarı şifahi şəkildə azərbaycanlı fəalın vəkili Əsgər Məhəmmədiyə bildirilib.

Nadir Sadiqian “kiber məkanda kommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamına görə isə noyabrın 1-də Cinayət Məhkəməsinin 111-ci şöbəsində mühakimə olunacaq.

Qeyd edək ki, Nadir Sadiqian iyulun 26-da Təbrizdə rejimin məmurları tərəfindən yaxalanmış və 11 avqustda Təbrizdə zindana köçürülmüşdü. Azərbaycanlı fəal avqustun 14-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …