İran rejimi Azərbaycan uğrunda fəaliyyətinə görə “peşman olmadığı” bildirən Əkbər Nəimini ağır həbs cəzasına məhkum edib

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycan uğrunda fəaliyyəti üçün “peşman olmadığı” bildirən Əkbər Nəimini ağır həbs cəzasına məhkum edib

Əkbər Nəimi ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığı və peşman olduğu barədə ərizə yazmadığı üçün ağır həbs cəzasından əlavə, başqa təzyiqlərə də məruz qalır. Artıq azərbaycanlı siyasi məhbus telefon danışığı hüququndan da məhrum edilib.

Azərbaycanlı fəalın həbs olunmasından 5 ay keçməsinə baxmayaraq hələ də məzuniyyətə buraxılmayıb.

Qeyd edək ki, Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …