Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran rejimi azərbaycanlı fəal Məhəmməd Mərdini həbs və şallaq cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı mədəni fəalı Məhəmməd Mərdi İran rejiminin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən 6-cı dərəcəli 3 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib.

Xəstəxanaya yerləşdirilən Məhəmməd Mərdi məhkəmə günü məhkəmə iclasında iştirak edə bilməyib.

Qeyd edək ki, İran rejiminin qüvvələri iyulun 24-də əl-Əhvaz etirazlarına dəstək məqsədilə keçirilən etirazlarla bağlı iyulun 26-da azərbaycanlı fəalın atasının evinə basqın edib və məhkəmə qərarını təqdim etmədən onu yaxalamışdılar.

Məhəmməd Mərdi saxlanılarkən vəhşicəsinə döyülərək, başından və çənəsindən xəsarət almışdı.

Azərbaycanlı fəal Məhəmməd Mərdi bundan öncə idə 2016, 2017, 2018 və 2019-cu illərdə milli-mədəni fəaliyyətlərinə görə İranın təhlükəsizlik orqanları tərəfindən dəfələrlə tutulub və fiziki zorakılığa və təzyiqlərə məruz qalmışdı.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …