Azərbaycanlı siyasi məhbus Abbas Lisani təcili əməliyyat üçün silahlı məmurların müşayiəti ilə xəstəxanaya yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Ərdəbil zindanında həbs etdiyi azərbaycanlı siyasi Məhbus Abbas Lisani noyabrın 4-də silahlı məmurların müşayiəti ilə Ərdəbil şəhərinin Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.

Abbas Lisani MRT analizinin nəticələrinə və həkimlərin rəyinə əsasən Tibb Ekspertiza Mərkəzinə aparılıb. Belində ciddi ağırlar olan Abbas Lisaninin təcili əməliyyat olunmalı olduğu bildirilir.

Tibb Ekspertiza Mərkəzinin həkimi təkidlə bildirib ki, Abbas Lisani tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Qeyd edək ki, bir müddət öncə kəskin bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisaniyə zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçün o silahlı məmurların müşayiəti ilə Ərdəbilin Fatimi xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana qaytarılmışdı.   

Həmçinin oktyabrın 21-də Abbas Lisani üç avtomobillə rejimin məmurlarından ibarət qrupun müşayiəti ilə MRT analizi üçün klinik terapiya mərkəzlərinə aparılmışdı. Orada azərbaycanlı siyasi məhbusdan analizlər götürülmüşdü.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …