Güney Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə imzatoplama kampaniyasına başlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti Güney Azərbaycanda azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə imzatoplama kampaniyasına başlayıb.

Bununla bağlı “Ərk” Cəmiyyətinin rəsmi saytında cəmiyyətin rəisi Jalə xanım Təbrizlin müraciətini yayıb: “İran İslam Cumhuriyyətinin zindanlarında saxlanılan məhbuslar, özəlliklə Abbas Lisani ilə bağlı hüquqi bəyanat hazırlamışıq.

Lütfən bu bəyanatı imzalamaqla azərbaycanlı məhbuslara dəstəyinizi bildirin.

Bu, onlar üçün görə biləcəyimiz ən kiçik işdir.

Bu bəyanat Abbas Lisaniyə dəstəyini bildirir və onun dərhal azadlığa buraxılmasını tələb edir.

Bununla yanaşı, Beynəlxalq İnsan Haqları Təşkilatlarından İranda insan hüquqlarının pozulmasına laqeyd yanaşmamaları, buna tənqidi yanaşaraq əməli addımlar atmaları gözlənilir”. 

Müraciəti bu linkdə daxil olub imzalamaq mümkündür: 

http://https://ipetitions.net/Lisani

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətinin hüquqları uğrunda sivil mübarizə aparan azərbaycanlı fəalları yaxalayaraq, onları uzun müddətli həbslərə məhkum edir.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …