Şənbə , Sentyabr 26 2026
azfa

Daha təhlükəli koronavirusla bağlı Türkiyə də 5 ölkə vətəndaşlarına ölkəyə girişi dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, daha təhlükəli koronavirusla bağlı Afrikanın 5 ölkəsindən Türkiyəyə gələnlər üçün giriş qadağan edilib.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Yeni növ koranavirusun mutasiyaya uğramış yeni variantının aşkar olunması səbəbilə bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə gələnlər üçün giriş qadağan edilir.

Qeyd edək ki, yeni ştammın yayılma təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib və İspaniya, Avstriya, İtaliya, Almaniya, İsrail, İngiltərə Cənubi Afrika və qonşu ölkələrdən olan uçuşları dayandırıb.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …