Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının tanınmış siyasi fəalı Əkbər Mohacerinin şəxsi evinə hücum ediblər.

Məqsəd isə onu həbs edib və Təbriz mərkəzi zindanına köçürmək olub. Lakin fəalın evdə olmaması məmurları nakam qoyub. Bu barədə fəalın yaxınları məlumat yayıb.

Məmurlar deyiblər ki, Əkbər Mühaciri qayıtdıqdan sonra haqqında olan həbs hökmünün icrası üçün məhkəməyə gəlməlidir.

Qeyd edək ki, bir neçə ay əvvəl Əkbər Mohaceri rejimin Ali Məhkəmənin 51-ci şöbəsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya  Məhkəməsi hökmü 6 aya endirsə də, sonradan yenidən ona qarşı çıxarılmış 3 il həbs müddəti qanunsuz olaraq qüvvədə saxlanıb.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …