İranın rejiminin qüvvələri azərbaycanlı milli fəal Meysəm Colaninin atasının evinə basqın ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın rejiminin qüvvələri dekabrın 11-də azərbaycanlı milli-mədəni fəal Meysəm Colanini tutmaq üçün onun atasının evinə basqın ediblər.

Colaninin yaxınları bu barədə məlumat yayıblar.

İran rejiminin təhlükəsizlik qüvvələri həmin gün saat 12-də Meysəm Colani ilə telefonda danışaraq onu 20 dəqiqəlik İranın Ərdəbildəki ETTELAAT İdarəsinə çağırıblar. Colani isə bunun qeyri-qanuni olduğunu və yazılı məhkəmə qərarının göndərilməsini istəyib.

Meysəm Colaninin nə səbəbdən İranın ETTELAAT İdarəsinə çağırıldığı hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə İranın ETTELAAT qüvvələri milli fəal Möhsün İsmailinin də atasının evinə basqın edib, lakin onu tapa bilməmişdilər.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …