Culfanın Gömrük Çıxışı Məntəqələrində əlavə dəyər vergisi almasına qarşı etiraz aksiyası keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarından narazı əhali və istehsalçılar Güney Azərbaycanın “Araz” Azad İqtisadi Məntəqəsində fəaliyyət göstərən investorlar və istehsalçılar Culfada həmin Azad İqtisadi Məntəqəsinə girişi bağlayaraq, avtomobillərin daxil olmasına mane olublar.

Aksiyanın keçirilməsinə “Azad İqtisadi Zonaların əlavə dəyər vergisinə cəlb edilməsi”nə səbəb olub. İnvestorlar və istehsalçılar hesab edirlər ki, əlavə dəyər vergisinin tətbiqi azad zonalar haqqında qanuna ziddir.

Etirazçılar “gömrük keçid məntəqələrində əlavə dəyər vergisinin tutulması “Araz” Azad Zonasının iqtisadiyyatı üçün ölüm xəbəridir” yazılmış plakatlar qaldırırlar.

Qeyd edək ki, Araz Azad İqtisadi Məntəqəsi sənaye şəhərciyinin girişinin etirazçılar tərəfindən bağlanması ilə həmin əraziyə gedən yollarda uzun avtomobil növbələri yaranıb və onların sayı hər an artır.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …