Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi uzun mübarizədən sonra azərbaycanlı körpəyə “Ataxan” adına doğum şəhadətnaməsi verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Adil Çupani 3.5 il davamlı çalışmadan sonra oğluna İran rejiminin Vətəndaş Vəziyyətlətinin Qeydiyyatı İdarəsindən “Ataxan” adına doğum şəhadətnaməsi alıb.

Adil Çupani bununla bağlı özünün İnstagram səhifəsində paylaşım edərək yazıb ki, övladı 2017-ci ilin avqustun 17-də doğuılsa da, onun yalnız İranın Vətəndaş Vəziyyətlətinin Qeydiyyatı İdarəsinə davamlı müraciəti ilə 3.5 il keçdikdən sonra doğum şəhadətnaməsi ala bilib.

O oğlu Ataxana yenicə ala bildiyi doğum şəhadətnaməsinin birinci səhifəsini də İnstagramda paylaşıb.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz dillərində övladlarına ad qoymağa mane olur.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …