Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı millət vəkili: İran ETTELAAT-ı bizi Azərbaycan Respublikası əleyhinə danışmağa məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Biləsuvar şəhərinin İran məclisindəki millət vəkili Şəkur Purhüseyn İran Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) azərbaycanlı millət vəkillərinə təzyiq göstərək, Azərbaycan Respublikası əleyhinə danışmağı tələb etdiyini bildirib

Purhüseyn deyib: “ETTELAAT bizdən Azərbaycan Respublikası ilə bağlı tənqidi mövqe tutmağımızı, fikir söyləməyimizi istəyir. Bu səbəbdən İran məclisində təmsil olunan azərbaycanlı millət vəkilləri çətin durumdadırlar”.

O həmçinin deyib: “Son günlər Təhlükəsizlik Nazirliyinin əməkdaşları bizimlə əlaqə saxlayaraq Azərbaycan Respublikası ilə bağlı susmağımıza irad bildiriblər”.

Biləsuvar gömrük keçid məntəqəsi ilə bağlı jurnalistlərin sualına cavab verən Şəkur Purhüseyn deyib ki, İran hökuməti Azərbaycan Respublikası ilə sərhəd bölgələrindən faydalı istifadə etmək əvəzinə, bu amili təhdid alətinə çevirir.

Purhüseyn digər azərbaycanlı millət vəkillərinin adını çəkərək İranın mövqeyinə görə Azərbaycana münasibətdə pis vəziyyətə qaldıqlarını etiraf edib.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …