Şənbə , May 18 2024
azfa

İran rejiminin Marağada yerləşən zindanında məhbuslar acınacaqlı vəziyyətdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağada yerləşən zindanında məhbuslar acınacaqlı vəziyyətdə saxlanılır. Həbuslara həmçinin işgəncə verilir.

İnsan haqları təşkilatlarının yaydığı məlumatda həmçinin məhbusların pis şəraitdə saxlanıldığı,  soyuq mövsümdə lazımi istilik avadanlığının, çarpayıların, sanitariya şəraitinin olmadığı bildirilir.

Məlumatda bildirilir ki, rejimin Marağadakı zindanında cinayətlərin ayrılma prinsipinə əməl olunmaması kimi əlavə problemlər də var və məhbusları törətdiyi cinayətlər üzrə bölünmədiyi üçün adi məhbuslar cinayətkarlarla bir yerdə saxlanılır. Bu da onların həyatına ciddi təhlükə yaradır.

Qeyd edək ki, İran rejiminin Marağadakı zindanı dörd kişi və bir qadın bölməsindən ibarətdir və burada ümumilikdə 1200-ə yaxın məhbus saxlanılır.

Ölüm cəzasına məhkum edilmiş məhbuslar birinci bölmədə saxlanılır, ikinci bölmədə isə qeyri-müəyyən və məhkəmə orqanları tərəfindən yekun hökmü verilməmiş məhbuslar daxildir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …