Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejiminin yaxaladığı azərbaycanlı mili fəal Məhəmməd Eyninin harada saxlanıldığı bilinmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Rəştdəki təhlükəsizlik orqanlarına çağrılan azərbaycanlı mili fəalın Məhəmməd Eyni harada saxlanıldığı barədə məlumat verilmir.

Fəalın ailə üzvlərinin bildirdiyinə görə yanvarın 23-də ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli-mədəni fəalın harada saxlanıldığı barədə məlumat vermirlər.

Bildirilib ki, azərbaycanlı mili fəalın yaxənları Gilan əyalətinin Rəşt şəhərinin təhlükəsizlik idarəsi, polis bölməsi və məhkəmə orqanlarına müraciətlərinə təhqiramiz formada cavab verilərək, onlar hədələnib.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə İran rejimi onları yaxalamışdı.

Azərbaycanlı mili fəallar şərlənərək, “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “Sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdular. Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …