Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Antitürklərin fitilə proqramına etiraz edən azərbaycanlı fəallara həbs və şallaq cəzası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin antitürk siyasəti istiqamətində türkləri təhqir edən fitilə proqramına etiraz edən Meşginşəhrin azərbaycanlı milli-mədəni fəalları həbs və şallaq cəzasına məhkum ediliblər. Fəallar haqq və ədalət uğrunda zülmə və rasizmə etiraz etdiklərinə görə irqçi fars rejimi tərəfindən ictimai yerdə asayişi pozmaqda ittiham ediliblər.

İrqçi fars rejiminin Meşginşəhrdə reləşən II Cinayət Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Sina Qurbani Ərşad, Siyamək Seyfi, Beytulla Bərzgər,Siyamək Qardaşi və Rza Fərəczadəni ictimai yerdə asayişi pozmaqda ittiham edərək heç bir günahı olmadan onların hər birini 4 ay həbsə və 70 şallaq zərbəsinə məhkum edib.

İrqçi fars rejiminin Meşginşəhrdə reləşən II Cinayət Məhkəməsinin 101-ci şöbəsinin rəisi Həsən Molai fəalların 4 aylıq həbs cəzasına 14 milyon rial alternativ cəza və 70 şallaq zərbəsi əvəzinə isə 3 milyon rial alternativ cəza nəzərdə tutmuşdur.

Fəallardan Rza Bədili isə bəraət almışdır.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın