Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı Tehran və Kərəcdə türk dilində kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı tarixi Azərbaycan ərazisi Tehran və Kərəcdə türk dilində kitablar payladılar.

Azərbaycanlı fəallar fevralın 19-da 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tarixi Azərbaycan ərazisi Tehran və Kərəc şəhələrində milli-mədəni fəallar uşaqlar arasında Azərbaycan türkcəsində uşaq nağılları və hekayələrindən ibarət kitablar paylayıblar.

Azərbaycanlı fəallar  həmçinin fars dilində təhsil almağa məcbur edilən uşaqların ana dilində təhsil almaq istəkləri ilə bağlı videolar yayılıb.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral – Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda azərbaycanlı milli-mədəni və anadilində təhsil tələb edən fəal  qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum edilib. bu haqlı tələblərlə bağlı Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və s. azərbaycanlı fəallar ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə hələ də həbsdədirlər.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …