Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı Mərənddə türk dilində kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı Mərənd şəhərində türk dilində kitablar payladılar.

Azərbaycanlı fəallar fevralın 19-da 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Mərəndə şəhərində uşaqlar arasında Azərbaycan türkcəsində uşaq nağılları və hekayələrindən ibarət kitablar paylayıblar.

Azərbaycanlı fəallar  tərəfindən 1000 cilddən çox türkcə uşaq şeiri və dastan kitabların Mərənddə azərbaycanlı uşaqlar arasında paylanıldı bildirilir.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral – Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı ana dilində kitablar paylanılır.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …