Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi Sungun mis mədənini talamaqla yanaşı mədəndə meşələrinin bərpası üçün ödənilən cəriməni də mənimsəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün mis mədənini talamaqla yanaşı ekologiyaya vurduğu ziyana görə 74 milyard tümən cəriməni də mənimsəməyə çalışır.

Artıq Azərbaycanın Qaradağ meşələrinin məhv edilməsi üçün tətbiq olunan cərimənin Tehranın hesabına köçürülməsi ətraf mühit fəallarının narazılığına səbəb olub.

Şərqi Azərbaycanın Təbii Sərvətlər və Su Hövzələrinin İdarəetmə İdarəsinin rəisi Rəhim Mehrdadi mətbuata açıqlamasında məsələyə dəqiq aydınlıq gətirmədən cərimə məbləğinin Tehranın dövlət xəzinəsinə köçürüldüyünü təsdiq edib.

Qeyd edək ki, İran rejimi Süngün Mis Mədənini müstəmləkəçi kimi taladığı üçün Qaradağ meşələri məhv edilməkdədir.

Qanuna görə isə meşələrin məhv edilməsi üçün cərimə ödənilməli və həmin vəsaitlə meşələr bərpa edilməlidir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …