Çərşənbə , Aprel 29 2026
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əkbər Nəimini məzuniyyətdən məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı siyasi məhbus Əkbər Nəimini məzuniyyətdən məhrum edib.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, zindan məsulları  fəalın məzuniyyətə buraxılması ilə bağlı müraciətlərə cavab vermirlər.

Xüsusilə koronavirusun İran zindanlarında yayılması üzündən məhbuslara məzuniyyət verilsə də, azərbaycanlı siyasi məhbus Əkbər Nəimiyə bu hüququndan istifadəyə rejim icazə vermir.  

Martın 9-da isə İranın Zindanlar Təşkilatının rəisi Qulaməli Məhəmmədi sərəncam imzalayaraq təhlükəli məhbusların tibbi və bayram məzuniyyətinə buraxılmalarına qadağa qoyub.

Lakin azərbaycanlı milli fəalın məzuniyyətə buraxılmaması dil və mədəniyyət sahəsində çalıması ilə əlaqədar olduğu üçün görünür rejim öz dilini sevən azərbaycanlıları da özünə təhlükə hesab edib, onları cinayətkarlarla eyni sıraya düzür.

Qeyd edək ki, Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …