Cümə axşamı , Aprel 30 2026
azfa

Erməni deputatdan etiraf; Ermənistanla əldə olunan razılaşmalar İran üçün strateji əhəmiyyət daşıyır

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran parlamentinin erməni millət vəkili Ara Şaverdyan Ermənistanla əldə olunan razılaşmaları iki cəhətdən İran üçün strateji hesab edir.

Tvitter hesabında yazıb: Birincisi, İran Şimal-Cənub dəhlizinin təşəbbüskarı olmalı və tranzit sahəsində səmərəli rol oynamalıdır. İkincisi, yaranan müstəsna şəraitə görə İran Rusiya bazarında öz yerini möhkəmləndirməlidir. 

Qeyd edək ki, İran parlamentinin Ara Şaverdyan kimi erməni deputatları bu yaxınlarda İrəvana 5 günlük səfər edərək Ermənistanın bütün yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparıb, İranla işğalçı Ermənistan arasında bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsini razılaşdırıblar. Habelə onlar vaxtaşırı Azərbaycana qarşı açıqlamalar verir, xüsusilə Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi təcavüzünə haqq qazandırıblar.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …