Cümə axşamı , May 14 2026
azfa

Əhmədinejad Qasım Süleymanini hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bəqayinin həbsinə göz yumduğu üçün SEPAH-ın Yaxın Şərq üzrə komandiri Qasım Süleymanini iş əlaqələrini ictimaiyyətə açıqlamaqla təhdid edib.

Əhmədinejadın Süleymaniyə xitab edərək, yazdığı məktub “dolatebahar” adlı internet saytında yayımlanıb.

“Suriyada və başqa yerlərdə zülmlərə qarşı mübarizədə fədakarlıq elediniz, ancaq öz ölkənizdə sizin adınızdan həyata keçirilən böyük zülmlərə niyə ortaq olursunuz? Əvvəlki məktubda xatırlatdığım kimi, aramızdakı iş əlaqələrini açıqlamaq üçün özünüzü tam hazırlayın”,- sözlərini qeyd edib.

Məktubun sonunda isə Əhmədinejad “zalımlar yaxında peşman olacaq, ancaq peşmanlıq üçün gec olacaq” sözlərini qeyd edib.

Qeyd edək ki, İran adlanan ölkənin keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bəqayi vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. O, həbsindən 1 gün əvvəl Teleqram hesabında ona qarşı irəli sürülən iddialarla bağlı sənədləri yayımlamışdı. Bunun səhərisi günü Bəqayi 15 il həbs cəzası almışdı. Mahmud Əhmədinejad isə əsl günahkarların məhkəmə rəsmilərinin olduğunu bildirərək, onun həbsinə etiraz etmişdi.

Qeyd edək ki, irqçi fars rejimində müxtəlif cərəyanlar mənafe və xalqı talamaqda bir-birləri ilə rəqabət məsələsində də artıq bir-birinə düşmənə çevriliblər.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın