Çərşənbə , May 6 2026
azfa

Azərbaycan Müdafiə Nazirliyindən Rusiyaya sərt cavab; Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın yersiz açıqlamasına sərt cavab verərək bildirib: Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.

“Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”, – nazirlikdən bildirilib.

Ümumiyyətlə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında aşağıdakı mühüm məqamlar öz əksini tapıb:

– Rusiya Müdafiə Nazirliyinin açıqlaması Müttəfiqlik Bəyanatına ziddir.

– Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

– Üçtərəfli bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

– Azərbaycan Ordusu bölgədə dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini görür.

– Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.

– Qanunsuz silahlı dəstələrin ərazilərimizdən tam olaraq çıxarılmasını təmin etməyinizi xahiş edirik.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …