Çərşənbə , İyun 17 2026
azfa

GADTB-nin Bütöv Azərbaycan sevdalısı Arif bəy Rəhimoğlunun vəfatı münasibətilə başsağlığı mesajı

GADTB: Arif bəy Rəhimoğlu Bütöv Azərbaycan və Güney Azərbaycan sevdalısı, Şimali Azərbaycanda Azərbaycan Milli Hərəkatının fəal iştirakçılarından biri və Bütöv Azərbaycan Birliyində (BAB) Elçibəyin ideoloji məsələlər üzrə müavini idi.

Arif bəy Rəhimoğlu həmçinin çox dəyərli alim və tədqiqatçı kimi də Bütöv Azərbaycan ideyasına böyük xidmət göstərmişdir. Çox sayda kitab və məqalənin müəllif olan Arif Rəhimoğlu ömrünün son illərini İsveçdə yaşasa da, Bütöv Azərbaycan ideyasına daim sadiq qalıb və bu yolda fəaliyyətlərinə davam etmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Arif bəy Rəhimoğlunun vəfatını Bütöv Azərbaycan üçün böyük itki hesab edib  və bu münasibətlə Arif bəy Rəhimoğlunun ailəsi, yaxınları və Bütöv Azərbaycan ideyası mübarizlərinə dərin hüznlə başsağlığı verir.

Ruhu şad olun!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …