Cümə axşamı , May 2 2024
azfa

Urmiya gölü Azərbaycanın ürəyidir və onun bərpası vahid Azərbaycan xalqının tələbidir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən İran məclisində olan deputatı Salman Zakir Urmiya gölünün qurudulmasına etiraz edib.

Zakir Urmiya gölünü Azərbaycanın qəlbi adlandıraraq onun bərpasının bütöv Azərbaycan xalqının tələbi olduğunu bildirib.

O, Dövlət Proqram və Büdcə Təşkilatının sədri Məsud Mirkazımi və İranın prezidenti İbrahim Rəisiyə xitabən deyib: Qərbi Azərbaycana səfərdən qabaq öncə Urmu gölünün bərpasına büdcə ayırın. Urmiya gölü dünyanın ikinci duzlu gölüdür. O milli parkdır, Azərbaycanın ürəyidir, İran və Azərbaycanın kimliyidir.

Zakir sonda Qərbi Azərbaycan əyalətinin 12 deputatının Urmiya gölünün bərpası ilə bağlı dövlət büdcəsinin ayrılması üçün sözügedən Büdcə Təşkilatının sədrinə məktub yazdığını vurğulayıb: Bu büdcəni köçürün, qazma avadanlığını çıxara bilmirik, büdcəyə ehtiyac var. Xalqın haqqını verin. Biz bu il Urmiya gölünün bərpasını gözləyirik.

Qeyd edək ki, İran rejimi qəsdən Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub. Əhalinin etirazlarından sonra gölün bərpasına söz verən rejim isə sözünü tutmayıb və Urmiya gölünü daha sürətlə qurudur.

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …