Amerikanın Dövlət Departamenti: Abbas Lisani və Əlirza Fərşini azlıqların hüquqlarını qoruduqlarına görə həbs ediliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın Dövlət Departamenti hesabatında bildirib ki, İran hökuməti Abbas Lisani və Əlirza Fərşini azlıqların hüquqlarını qoruduqlarına görə həbs edib.

Amerika Dövlət Departamentinin hesabatında əvvəlki illərdə olduğu kimi 2021-ci ildə də dünyada insan haqlarının vəziyyətinə toxunulub.

İranda insan haqlarının vəziyyəti ilə bağlı 81 səhifəlik hesabatda bir sıra insan haqları pozuntuları, o cümlədən etnik və dini azlıqların sıxışdırılması, çoxsaylı işgəncə halları, geniş siyasi həbslər, dinc toplantıların qeyri-mümkünlüyü, internetə qoyulan məhdudiyyətlər, internətə çıxışın süzgəcdən keçirilməsi və hüquq pozuntuları öz əksini tapıb.

ABŞ Dövlət Departamentinin hesabatında azərbaycanlı siyasi məhbusların vəziyyəti ilə bağlı hissəsində deyilir: “İyul ayında BMT-nin xüsusi məruzəçisi İran hakimiyyətinin Azərbaycan əhalisinin vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Abbas Lisani və Əlirza Fərşini azlıqların hüquqlarını qoruduğuna görə təqib etməkdə davam etdiyini bildirib”.

ABŞ Dövlət Departamentinin illik hesabatında həmçinin deyilir: “İran İnsan Haqları Mərkəzinin fevral hesabatına görə, 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə milli təhlükəsizliyə zidd hərəkət etməkdə ittiham olunaraq həbs edilən cənab Fərşi Evin zindanının məmurları tərəfindən fiziki təzyiqə məruz qalıb və ciddi zədələnib. O, həmçinin yeni ittihamlarla üzləşib.

Yanvarın 14-dən iyunun 14-dək cənab Lisani və digər yeddi azərbaycanlı siyasi məhbus məhkəmə və həbsxana məmurlarının məhbuslara qarşı pis davranışlarına etiraz olaraq quru aclıq aksiyasına əl atıblar.

Rəsmilər aclıq aksiyası keçirən məhbusların tibbi məzuniyyətə buraxılması və siyasi məhbusların təhlükəli məhbuslarla eyni yerdə saxlanılmaması da daxil olmaqla məhbusların istəklərinə baxacaqlarını vəd verib. Ancaq vədlərini yerinə yetirməyiblər.”

ABŞ Dövlət Departamentinin illik hesabatında azərbaycanlıların ayrıseçkiliyə məruz qalmalarına da toxunulub, xüsusilə Azərbaycanın tarixi yer adlarının dəyişdirlməsi kimi hüquq pozuntularına toxunulub.

Həmçinin yoxlayın

Azərbaycanlı müəllim və Həmkarlar İttifaqı fəalına qarşı məhkəmə işi açılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı müəllim və Həmkarlar İttifaqı …

Ərdəbil əyalətinin Xiyav şəhərində Durna ekoturizm mərkəzi hökumət tərəfindən bağlanıb

GADTB: Ərdəbil əyalətinin Xiyav şəhərində Durna ekoturizm mərkəzi hökumət tərəfindən bağlanıb . Mərkəzin qapısındakı bildirişdə …