Çərşənbə , May 6 2026
azfa

Orta əsrlərdən günümüzədək bəşəriyyətə qarşı soyqırım törədən Rusiya qondarma “erməni soyqırımını” təbliğ edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, orta əsrlərdən günümüzədək milyonlarla tatar, məsqəti və s. türkləri soyqırım edib, Ukraynanı iki aydır işğal altında saxlayan və minlərlə dinc sakini qətlə yetirən Rusiya indi qondarma erməni soyqırımını anma mərasimi ilə gündəmdədir. Paytaxt Moskvada çəkilmiş kadrlarda bütün reklam lövhələrində “24 aprel Osmanlı İmperiyasında Erməni Soyqırımının ildönümüdür” yazılıb.

Qondarma erməni soyqırımının anıldığı 24 aprelə sayılı günlər qaldığından Rusiyadan əlamətdar anım hərəkəti gəldi. Ukraynanı iki aydır işğal altında saxlayan və minlərlə dinc sakini qətlə yetirən Rusiyanın paytaxtı Moskvada bütün reklam lövhələri qondarma soyqırımı anmaq üçün yazılıb.

QALQALMAQLI AÇIQLAMALAR

Moskva küçələrini bəzəyən plakatlarda “24 aprel Osmanlı İmperiyasında ermənilərin soyqırımının ildönümüdür” sözləri yazılıb, bəyanatlar daxil edilmişdir. Məlum olduğu kimi, Rusiya qondarma erməni soyqırımını tanıyan ölkələrdən biridir. Halbuki, Rusiya erməniləri dəstəkləməklə Anadoluda türklərə qarşı soyqırımın səbəbkarıdır.

Sosial şəbəkələrdə bir çox istifadəçi bu görüntülərə reaksiya verib. İstifadəçilər bildiriblər ki, Rusiya lideri Putinin göstərişi ilə Ukraynaya soxulan və günahsız insanları qətlə yetirən ruslar ilk növbədə özlərinin qayğısına qalsınlar.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …