Şənbə , İyul 11 2026
azfa

Türkiyədə 23 Aprel- Milli Suverenlik və Uşaq Bayramı böyük coşğu ilә qeyd olunur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının 102-ci ildönümü böyük coşğu ilə qeyd olunur.

Bayram proqramları çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Böyük Millət Məclisindəki Atatürk abidəsinin önünə əklil qoyacaq, Anıtkabirdə keçiriləcək mərasimdə və Birinci Mәclisdә tәşkil edilәcәk anım mərasimində iştirak edəcək.

Mustafa Şentop uşaqlar üçün nəzərdə tutulan xüsusi iclasa sədrlik edəcək, “Qurtuluş xətti” filmini izlәyәcәk.

TBMM Baş Assambleyası Mustafa Şentopun sədrliyi ilə xüsusi iclas keçirәcәk.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …