Cümə axşamı , May 7 2026
azfa

Taliban Ali Məhkəmənin binasının lövhəsindən azlıq fars etnikinin dilində olan yazını çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfğanıstanda Ali Məhkəmənin binası üzərində yalnız puştu və ingilis dillərində yazılmış yeni lövhəsində sözügedən məhkəmənin adı “Qəzaiyye Qovve” (Məhkəmə sistemi) olaraq dəyişdirilib.

Milyonlarla türkün və başqa qeyri-fars millətlərin dilini qadağan edib, onların dili və mədəniyyətinin məhv edilməsi üçün hər növ qeyri-insani hərəkətə yol verən irqçi farslar Talibanın fars azlığının dilinin lövhədən çıxarılmasını faciə kimi təqdim etməkdədir. Halbuki, onlar özləri on illərdir hətta çoxluqda olan türklərini dilini bütün sahələrdən çıxarmaqla yanaşı bu dili məhv etmək üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, Taliban hökuməti son aylarda azlıq farsların dilini Bəlx Universitetinin binası və başqa bir neçə yerin lövhəsindən çıxarıb.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …