Bazar , Sentyabr 27 2026
azfa

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Konstitusiya Məhkəmələri Şurası yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Konstitusiya Məhkəmələri Şurası təsis olunub.

Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda keçirilən tədbirlər çərçivəsində bununla bağlı qərar qəbul edilib.

İclasda Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib. Qazaxıstan tərəfi isə iclasa onlayn formatda qatılıb.

Mərasimdə türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …