Bazar ertəsi , Sentyabr 14 2026
azfa

İrana bağlı qüvvələr terror təşkilatı PKK-nı Türkiyəyə qarşı himayə edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın dəstəklədiyi silahlı birləşmələrin İraq və Suriyada terror təşkilatı PKK ilə əməkdaşlıq edərək Türkiyəyə qarşı hücumlar həyata keçirdiyi bildirilir.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin İraq və Suriyadakı əməliyyatlarla bağlı hesabatında bildirilib.

Belə ki, sənəddə sözügedən silahlı birləşmələrin Türkiyənin Mosulun şimalındakı hərbi bazasına raket hücumu həyata keçirdiyi faktı qeyd olunub.

Məqsədin Türkiyə Silahlı Qüvvələrini terror təşkilatı PKK-ya qarşı əməliyyatlardan çəkindirmək olduğu vurğulanıb.

Həmçinin yoxlayın

Təbrizdə “Humay” moda və geyim müəssisəsinin fəaliyyəti dayandırılıb

GADTB: Təbrizdə moda və geyim tədbirlərinin keçirilməsi ilə bağlı yaranan qalmaqaldan sonra “Humay” Moda və …

Təbrizdə telekommunikasiya şirkətinin təqaüdçüləri əmək haqqı və tələblərinə etiraz ediblər – Video

GADTB: Təbrizdə sentyabrın 14-də, bazar ertəsi, Şərqi Azərbaycan Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsünün iştirakı ilə …