Bazar ertəsi , Sentyabr 14 2026
azfa

İran PKK terror təşkilatnı qorumaq üçün Türkiyənin İraqdakı bazalarını vurduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın PKK terror təşkilatını Türkiyəyə qarşı dəstəkləməsi artıq İranın özü tərəfindən də etiraf edilir.

İranın “Əmmar” Qərargahının rəisi və terrot təşkilatı Sepah-ın Kəşfiyyat İdarəsinin rəisinin qardaşı Mehdi Taibə aid səs yazısında bu barədə bir sıra faktlar ifşa olunub.

İfşa olunan bu faktlardan biri isə Türkiyənin İraqda yerləşən bazalarının vurulması ilə bağlıdır. Belə ki, Taib səs yazısının bir hissəsində deyib: “Türkiyənin İraqdakı hərbi qüvvələrini biz vurmuşuq”.

Qeyd edək ki, bu yaxınlarda Pentaqonun baş müfəttişi öz hesabatında İranın dəstəklədiyi terrorçulardan PKK kürd terrorçuları ilə birgə İraqın şimalında Türkiyənin hərbi mövqelərinə hücum etmək üçün koordinasiyalı hərəkət etməsi barədə məlumat yaymışdı.

Həmçinin yoxlayın

Suriyada türk dili məktəblərdə seçmə fənn olacaq

GADTB: Suriyadakı Türkmən Məclisi ötən günlərdə ölkə məktəblərində türk dilinin tədrisinin dayandırılmasına sərt reaksiya verib. …

Əhalinin əmlakının müsadirəsi davam edir: Molla rejimin Məhkəmə sistemi yüzlərlə şəxsin hesab və əmlakını bloklayıb

GADTB: İran İslam Respublikası Məhkəmə Sisteminin “casusluq” və ya “İsrail və düşmən ölkələrlə əməkdaşlıq”da ittiham …