Bazar , Sentyabr 13 2026
azfa

Trampın keçmiş müşaviri İlon Maskı Əhvazda etirazçıları “Starlink” interneti ilə təmin etməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikada Tramp hökumətinin milli əmniyət məsələləri üzrə keçmiş müşavirinin müavini Viktoriya Kuts İranın Xuzestan vilayətində hökumət tərəfindən internetin kəsilməsi ilə bağlı Tvitterdə yazıb: “TESLA şirkətinin sahibi İlon Mask Ukraynanı peyk internet şəbəkəsi ilə təmin edə bilirsə, niyə də bunu Xuzestan üçün etməyək? Bu şücaətli xalqın əlaqə qura bilməsinə şərait yaratmalıyıq”.

Qeyd edək ki, ötən iki gün ərzində Xuzestan vilayətinin müxtəlif şəhərlərində narazı əhali küçələrə axışıb.

Yayılan videolara görə, insanlar xüsusilə çörək, yağ düyü və ət kimi əsas ərzaq məhsullarının qiymətlərinin misli görünməmiş şəkildə bahalaşmasına etiraz olaraq küçələrə axışıb və ölkə prezidenti İbrahim Rəisiyə qarşı şüarlar səsləndiriblər.

Bu çağırışla eyni vaxtda, İran hökuməti interneti kəsib, narazı fəalları ev-ev axtarıb və bir sıra şəhərlərə polis qüvvələri yeridib.

Həmçinin yoxlayın

CENTCOM: Son 60 gündə 100 ticarət gəmisinin marşrutu dəyişdirilib; heç bir gəmi ABŞ-ın icazəsi olmadan blokadadan keçməyib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, qüvvələri son 60 gün ərzində, ABŞ-ın İrana qarşı …

Vəkil Zəhra Nəqşinə Təbrizdə məhkəmə çağırışından sonra həbs edilib

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü və vəkil Zəhra Nəqşinə sentyabrın 9-da, çərşənbə günü, Təbriz …