Cümə axşamı , İyul 30 2026
azfa

Yüzə yaxın bəndlə Urmiya gölündə ekoloji fəlakət törədən İran Türkiyə ilə düşmənçiliyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölü ətrafında yüzə yaxın bənd tikib, Urmiya gölünü qurudaraq, Güney Azərbaycanda ekoloji fəlakət törədən İran bənd məsələsində Türkiyə ilə düşmənçiliyə başlayıb.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian faktları təhrif edib, yalan iddialar irəli sürməklə deyib ki, Türkiyənin sərhəd bölgələrindəki su ehtiyatları üzərində bənd inşası planlarına qarşıyıq. Dost və qardaş ölkəmiz Türkiyənin bənd inşaatı sahəsində regionun ətraf mühiti şəraitini pisləşdirəcək, xalqımız və bölgəmiz üçün problem yaradacaq, digər tərəfdən ölkəmizə daxil olan suyun miqdarına mənfi təsir göstərəcək tədbirləri görməsi qəbuledilməzdir.

“Tehranla Ankara arasında su əməkdaşlığına dair razılaşma olmamasına baxmayaraq, son dörd ayda məsləhətləşmələr aparılıb. Bu istiqamətdə birgə su komitəsinin qurulması planlaşdırılır”, – Abdullahian bildirib.

Qeyd edək ki, İran dövlətinin hətta Türkiyəyə qarşı PKK terror təşkilatını dəstəkləməsi də artıq dünya səviyyəsində təsdiq edilib, hətta İran rəsmiləri tərəfindən də etiraf edilib.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …