Çərşənbə , Sentyabr 23 2026
azfa

Rus ordusu Donetsk və Zaparojye istiqamətlərində itki verərək, geri çəkilməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rus qoşunu Donetsk və Zaparojye istiqamətlərində itki verərək, geri çəkilib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində ruslar Novopol və Novodarovka yaşayış məntəqələri istiqamətində xeyli itki verərək geri çəkilməyə məcbur olub”, – məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, rus ordusu Novopavlovsk və Zaporojye istiqamətlərində Vremovka, Poltavka, Krasnoye, Qulyaypol, Orexov, Kamenskoye və digər yaşayış məntəqələrində yerləşən mülki infrastruktur obyektlərini atəşə tutub.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …