Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı fəallar Davud və Eyyub Şiri qardaşları vəsiqə qarşılığında zaminə buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Davud və Eyyub Şiri qardaşları vəsiqə qarşılığında məhkəməyə qədər zaminə buraxılıblar.

Azərbaycanlı milli fəallardan müvəqqəti azadlığa çıxmaq üçün 400 milyon riyal dəyərində girov olaraq mülk əsiqə alınıb.

Fəallara qarşı hansı ittihamın irəli sürüldüyü barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Təbriz sakini olan azərbaycanlı qardaşlar bir neçə gün öncə həbs edilmişdilər. Şənbə günü ETTELAAT Nazirliyində dindirmədən sonra onlar rejimin Təbrizdəki zindanına köçürülmüşdülər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …